Niderland Ukraynaya 400 milyon avro olan yeni yardım paketi ayıracaq

Niderland Ukraynaya 400 milyon avro olan yeni yardım paketi ayıracaq
  04 İyun 2025    Oxunub:452
Niderland hökuməti Ukraynanın dəniz təhlükəsizliyinin gücləndirilməsi məqsədilə 400 milyon avro dəyərində növbəti yardım paketini ayırmaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans məlumat yayıb.

Yardım paketi çərçivəsində Ukraynaya 100-dən çox müxtəlif tipli gəmilər təqdim ediləcək.

Nazir əlavə edib ki, paketə həmçinin 50-dən artıq pilotsuz dəniz aparatı, sensorlar və ehtiyat hissələri də daxil olacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti