London Rusiya aerodromlarına hücumu alqışlayıb - VİDEO

   London Rusiya aerodromlarına hücumu alqışlayıb    - VİDEO
  05 İyun 2025    Oxunub:1454
Böyük Britaniyanın Müdafiə naziri Con Hili Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya hərbi aerodromlarına hücumunu pisləməyib.
AzVision.az xəbər verir ki, Con Hili bunu NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunları üzrə mətbuat konfransında belə mövqe sərgiləyib.

- “Hörümçək toru” əməliyyatı üçün papağımı Ukrayna qarşısında papağımı çıxarıram. Bu, Ukraynanın Rusiya Silahlı qüvvələrinə ciddi ziyan vurmaq iqtidarında olduğunu bizə xatırlatdı”, - Böyük Britaniyanın Müdafiə naziri vurğulayıb.

Onun sözlərinə görə, London “istəklilər koalisiyasını” qətiyyətlə dəstəkləməyə və Rusiyaya qarşı sanksiyalarla bağlı təşəbbüsləri irəli sürməyə davam edəcək.

“Hörümçək toru” təkrarlana bilər - VİDEO
Bununla belə, britaniyalı hərbi analitik Aleksandr Merkuris öz YouTube kanalında USQ-nin bu addımını Kiyev tərəfindən düşünülməmiş aksiya kimi qiymətləndirib.

“Bu, tamamilə düşünülməmiş bir hücum idi və görünür, danışıqlardan əvvəl Moskvaya təzyiq göstərmək üçün hazırlanmışdı”, - Merkuris bildirb.

Onun fikrincə, Kiyev son bir neçə gündə Rusiyanı təxribata çəkmək üçün çox şey edib, lakin USQ-nin Rusiyaya hücumlarının nəticələri cüzi effekt verib.

Xatırladaq ki, iyunun 1-də Ukrayna “Hörümçək toru” adlı keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə zərbələr endirib.

Ukraynanın baş naziri Denis Şmıqal, öz növbəsində, bu əməliyyatın təkrarlana biləcəyi barədə Moskvaya xəbərdarlıq edib.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Hili   Ukrayna   dəstək  



Xəbər lenti