MDB-də vahid gömrük sistemi yaradılır

   MDB-də vahid gömrük sistemi yaradılır
  05 İyun 2025    Oxunub:1102
"Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələr Avropa İqtisadi İttifaqı (Aİİ) məkanında yaradılan vahid gömrük-tranzit sisteminə qoşula bilər".
Bu sözləri Rusiyanın Baş naziri Mixail Mişustin Tacikistan paytaxtı Düşənbə şəhərində keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı əsnasında dilə gətirib. O vurğulayıb ki, belə bir vahid sistem biznes xərclərini azaltmağa, transsərhəd yükdaşımaların təhlükəsizlik səviyyəsini artırmağa imkan verəcək.

"Aİİ-nin xarici iqtisadi əlaqələrini möhkəmləndirmək üçün vahid gömrük tranziti sistemi haqqında saziş qəbul olunub. Bu sistem bütün ölkələr üçün açıqdır və onlara Aİİ ərazisində yükdaşımalara qoşulmağa şərait yaradır", - deyən Mişustin MDB üzvlərini sözügedən sitemə qoşulmağa çağırıb.

Avrasiya İqtisadi İttifaqı ilə üçüncü tərəflər arasında vahid gömrük-tranzit sistemi haqqında saziş 2024-cü il dekabrın 26-da Ali Avrasiya İqtisadi Şurasının Rusiyada keçirilən iclasında imzalanıb. Sazişin məqsədi ölkələr arasında rabitəni artırmaq, bütün bazar iştirakçıları üçün ən əlverişli logistikanı qurmaqdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   MDB   Aİİ   gömrük   sistem  



Xəbər lenti