Koşkoviç: “Zelenski Moskvanın cavabından qorxur” - VİDEO

   Koşkoviç: “Zelenski Moskvanın cavabından qorxur”    - VİDEO
  05 İyun 2025    Oxunub:1214
Ukrayna lideri Volodimir Zelenski Ukrayna Silahlı qüvvələrinin (USQ) Rusiyanın hərbi aerodromlarına hücumlarına Moskvanın verəcəyi cavaban qorxur.
AzVision.az xəbər verir ki, Macarıstanın Fundamental hüquqlar mərkəzinin analitiki Zoltan Koşkoviç “X” sosial şəbəkəsində belə paylaşım edib.

“İndi ona cavabın həqiqətən qaçılmaz olduğunu və heç kimin buna mane olmayacağını bildirəndən sonra, çünki bütün nüvə gücləri nüvə təhdidinin qarşısının alınmasında maraqlıdır, o, sızıldayır və onu yemləyən əli dişləyir”, - analitik bildirib.

London Rusiya aerodromlarına hücumu alqışlayıb - VİDEO
Koşkoviçin sözlərinə görə, Zelenski başa düşür ki, USQ-nin Rusiya aerodromlarına hücumuna Moskva sarsıdıcı cavab verəcək.

Bundan əvvəl “Eurasia Group” geosiyasi konsaltinq qrupunun prezidenti Yan Bremmerə istinad edən “The New York Times (NYT)” nəşri öz hərbi aerodromlarına hücuma Rusiyanın Ukraynanı “bombalamaqla” cavab verə biləcəyini yazıb.

Bununla belə, Böyük Britaniyanın Müdafiə naziri Con Hili Ukraynanın Rusiyanın hərbi aerodromlarını alqışlayaraq, Londonun Kiyevə yərtərəfli yardımı davam etdirəcəyini vurğulayıb.

Xatırladaq ki, iyunun 1-də Ukrayna “Hörümçək toru” adı altında keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə zərbələr endirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   qorxu  



Xəbər lenti