Kim Çen İn: "Rusiyaya qeyd-şərtsiz dəstək verəcəyik"

      Kim Çen İn:    "Rusiyaya qeyd-şərtsiz dəstək verəcəyik"
  05 İyun 2025    Oxunub:1281
"Bütün vacib beynəlxalq siyasi məsələlərdə, o cümlədən Ukraynadakı müharibədə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcəyik".
Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, bu sözləri ölkənin lideri Kim Çen İn Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə dilə gətirib.

O, paytaxt Pxenyana səfərə gəlmiş Sergey Şoyqu ilə danışıqlar əsnasında hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın artırılması ilə əlaqədar fikir mübadiləsi aparıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Şimali-Koreya   Rusiya   dəstək  



Xəbər lenti