İran Qəzza ilə bağlı ABŞ-ı tənqid edib

İran Qəzza ilə bağlı ABŞ-ı tənqid edib
  05 İyun 2025    Oxunub:469
İran Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim etdiyi Qəzzada atəşkəs layihəsinə veto qoyulmasını pisləyib.
AzVision.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, bu hərəkət Amerikanın mənəvi çöküşünün əlamətidir.

Bekayi bildirib ki, ABŞ-ın BMT Təhlükəsizlik Şurasında veto qoyması İsrailin Fələstini işğalının və Qəzzada həyata keçirdiyi soyqırımın davam etməsində əsas amildir.

Qəzzada atəşkəs, İsrail tərəfindən bloklanan humanitar yardımların ölkəyə girişi və məhbusların azad edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasına təqdim edilən qətnamə layihəsi dünən ABŞ-ın tək səsi ilə veto edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti