Bu gün 38 dərəcə isti olacaq

Bu gün 38 dərəcə isti olacaq
  02 Avqust 2014    Oxunub:1348
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, avqustun 2-də Bakıda və Abşeron yarımadasında gün ərzində günəşli hava şəraiti gözlənilir.

Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

Rayonlarda da hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecəyə doğru şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Aran rayonlarında gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacaq.

Dağlarda gecə 12-17 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti