Finlandiya ölkənin müdafiə büdcəsini artırmağı planlaşdırır
"Hökumət artıq 2029-cu ilədək müdafiə xərclərini ÜDM-in üç faizinə qədər artırmağı planlaşdırır. Bu isə büdcənin hər il 1,5-2 milyard avro artması deməkdir", - “Yle” onun sözlərini sitat gətirib.
Finlandiyanın baş naziri müdafiə xərclərinin artırılmasının zəruriliyini Rusiyadan gələn daimi təhlükə ilə izah edib.
P.Orponun sözlərinə görə, bu artımı təmin etmək mümkündür, baxmayaraq ki, dövlət borcunun eyni zamanda artması ciddi problem olaraq qalır. Baş nazir xərclərin vergilərin artırılması və ya büdcənin azaldılması hesabına maliyyələşdirilməsini dəstəkləmir. O qeyd edib ki, müdafiə xərclərini maliyyələşdirməyin yeganə davamlı yolu iqtisadi artımı sürətləndirmək və məşğulluğu artırmaqdır.
Əlavə vəsaitlər, ilk növbədə, quru qoşunlarına, şərq sərhədinin müdafiəsinə və hava hücumundan müdafiə sisteminə yönəldiləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


