Putin və Obama Ukrayna barədə razılaşdı

Putin və Obama Ukrayna barədə razılaşdı
  02 Avqust 2014    Oxunub:3020
ABŞ prezidenti Barak Obama Ukraynadakı böhranı müzakirə etmək üçün gecə saatlarında Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Bu barədə AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir.

Telefon danışığı zamanı Putin rəsmi Vaşinqton tərəfindən Rusiyaya qarşı sankiyaların tətbiq olunmasını “ölkələr arasında ikitərfli əməkdaşlığa ciddi zərbə” kimi qiymətləndirib.

Prezidentlər mövcud vəziyyətin hər iki ölkə maraqlarına cavab vermədiyi fikində razılığa gəlib. Bununla bağlı onlar Rusiya – ABŞ dialoqunun mümkün inkişaf perspektivlərini müzakirə ediblər.

Obama və Putin Ukraynanın cənub-şərqində hərbi əməliyyatların tezliklə dayandırılmasının vacibliyini vurğulayıblar.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti