Yəməndə terror aktı baş verib ,9 nəfər həlak olub

Yəməndə terror aktı baş verib ,9 nəfər həlak olub
  08 İyun 2025    Oxunub:496
Yəmənin Əl-Beyda əyalətində yerləşən Qarn əl-Əsəd kəndində dəhşətli silahlı hücum baş verib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə yerli “Al Hadath” telekanalı məlumat yayıb. Naməlum şəxs məscidə qumbara atıb və ardınca fərq qoymadan insanlara atəş açıb. Hadisə nəticəsində 9 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

Hücum iyunun 7-də, axşam namazı vaxtı baş verib. Ölənlər arasında 12 yaşlı bir uşaq da var. Məlumata görə, silahlı şəxs psixi pozğunluqdan əziyyət çəkirmiş. Cinayətkar hadisədən təxminən bir saat yarım sonra saxlanılıb.

Qeyd edək ki, bu faciə müsəlmanların Qurban bayramını qeyd etdiyi günlərdə baş verib.

AzVision.az



Teqlər:



Xəbər lenti