Qreta Tunberqin olduğu gəmi saxlanılıb - VİDEO

   Qreta Tunberqin olduğu gəmi saxlanılıb    - VİDEO
  09 İyun 2025    Oxunub:1392
Qəzza zolağına doğru hərəkət edən və göyərtəsində isveçli ekofəal Qreta Tunberqin olduğu gəmi saxlanılaraq, İsrail sahillərinə doğru yönləndirilib.
AzVision.az xəbər verir ki, İsrailin Xarici İşlər nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşılan məlumatda belə deyilir.

Məlumatda saxlanılan “Madleen” gəmisinin sərnişinlərinin öz doğma ölkələrinə yola salınacağı bildirilir. İsrail XİN həmçinin QretaTunberqi təxribat törətmək cəhdində ittiham edib. Bununla belə, İsrail göyərtədəki humanitar yükün real humanitar kanallar vasitəsilə Qəzzaya çatdırılacağını açıqlayıb.

Qeyd edək ki, gəmidə Qreta Tunberq, habelə Fransa, Türkiyə, Braziliya və İsveç vətəndaşları daxil olmaqla 12 fəal Qəzza zolağına yollanmışdılar.

Qreta Tunberq, öz növbəsində, oğurlandığını iddia edərək İsrail hökumətinə qarşı ittihamlar səsləndirib. Onun bu iddiası Azadlıq Donanması Koalisiyası (The Freedom Flotilla Coalition” tərəfindən “X” sosial media saytında yerləşdirilən videoda yer alıb.

Tunberq bildirib ki, koalisiyaya aid olan “Madleen” gəmisi beynəlxalq sularda İsrail adından hərəkət edən qüvvələr və ya birbaşa İsrail tərəfi tərəfindən dayandırılıb. Ekofəal tərəfdarlarını və yaxınlarını İsveç hökumətinə təzyiq göstərərək onu və gəminin qalan üzvlərini tez bir zamanda azad etməyə çağırıb.

Bəzi media resurslarının yazdığına görə, fələstinlilərə dəstək verən Qreta Tunberqə istinadların İsraildə dərsliklərdən çıxarılacaq.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Tunberq   saxlanma  



Xəbər lenti