Azərbaycan “BMT-nin Okean Konfransı 2025”də təmsil olunub

Azərbaycan “BMT-nin Okean Konfransı 2025”də təmsil olunub
  09 İyun 2025    Oxunub:1248
Azərbaycan Fransa və Kosta-Rikanın birgə təşkilatçılığı ilə keçirilən “BMT-nin Okean Konfransı 2025”də iştirak edib.
AzVision.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva “X” hesabında paylaşım edib.

“Azərbaycanı təmsil etmək mənim üçün böyük şərəfdir. Artıq okeanı qorumaq və ondan davamlı şəkildə istifadə etmək üçün bütün tərəfləri səfərbər etməyin və tədbirləri sürətləndirməyin vaxtıdır!” - paylaşımda vurğulanır.

AzVision.az


Teqlər: Azərbaycan   Fransa   konfrans  



Xəbər lenti