Rusiya Ukraynaya hava zərbələri endirib - VİDEO

   Rusiya Ukraynaya hava zərbələri endirib    - VİDEO
  10 İyun 2025    Oxunub:984
İyunun 10-na keçən gecə Rusiya qoşunları hücum PUA-larından istifadə etməklə Ukrayna şəhərlərinə növbəti kütləvi hücum həyata keçirib. Ukraynanın əksər bölgələrində hava hücumu siqnalları səsləndirilib.
AzVision.az xəbər verir ki, Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko Rusiyanın hücumu nəticəsində bir gecədə Ukrayna paytaxtının 7 rayonuna ziyan dəydiyini bildirib.

“Çətin bir gecə idi, lakin Müdafiə qüvvələrinin inanılmaz əməyi sayəsində itkilər minimuma endirildi. Paytaxtın 7 rayonuna ziyan dəyib. Çoxmərtəbəli binalarda və fərdi yaşayış evlərində qismən dağıntılar və yanğınlar baş verib. Maşınlar və anbarlar yanıb”, - Tkaçenko öz telegram-kanalında yazıb.

O, bildirib ki, qarşıda bəlkə də bir gündən artıq çətin günlər var. Çünki nəticələri aradan qaldırmaq üçün vaxt lazımdır. Bununla belə, şəhər işləyir, iş yerində olan bübütün xidmətlər hadisələrə operativ reaksiya verir.

Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, yanğınlar bir neçə yerdə, o cümlədən yaşayış binalarında və qeyri-yaşayış sahələrində baş verib.

- Şəhərə gecə hücumu nəticəsində paytaxtda 4 nəfər yaralanıb. Onların hamısı həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib”, - Kliçko Telegram-kanalında qeyd edib.
Hakimiyyət təmsilçilərinin məlumatına görə, pilotsuz təyyarələrdən başqa Kiyev ballistik raketlərlə də hücuma məruz qalıb.

Hazırda Ukrayna paytaxtında və Kiyev vilayətində 5 saatdan çox davam edən hava hücumu siqnalı ləğv olunub.


Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   zərbələr  



Xəbər lenti