Almaniya kəşfiyyatı: “Rusiya NATO ölkəsinə hücum edə bilər” - VİDEO

   Almaniya kəşfiyyatı: “Rusiya NATO ölkəsinə hücum edə bilər”    - VİDEO
  10 İyun 2025    Oxunub:1292
Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kal bildirib ki, Rusiya artıq NATO-nun kollektiv müdafiə ilə bağlı 5-ci maddəsinin gücünə inanmır və blokun üzvlərindən birinə hücum edərək bunu sınaqdan keçirmək istəyir.
AzVision.az “N-tv” telekanalının yaydığı məlumata istinadən xəbər verir ki, Bruno Kalın iddiasına görə, Rusiyadan gələn təhlükənin səviyyəsini lazımınca qiymətləndirməmək düzgün deyil. Belə ki, Moskva öz təsir zonalarını genişləndirməyə çalışır.

“Ukraynanın Qərbə doğru bir addım olduğuna biz əminik və buna dair kəşfiyyat sübutlarımız var. Moskvada artıq NATO-nun 5-ci maddəsinin işlədiyinə inanmayanlar var və onlar bunu sınaqdan keçirmək istərdilər”, - BND rəhbəri deyib.

Broyer: "NATO Rusiyanın hücumuna hazırlaşmalıdır" - VİDEO
Xatırladaq ki, bundan əvvəl Almaniya Silahlı qüvvələrinin baş müfəttişi Karsten Broyer NATO-nu yaxın 4 il ərzində Rusiya ilə silahlı toqquşmaya hazırlaşmağa çağırıb. Broyerin sözlərinə görə, NATO onun 40 illik xidmətində Rusiya tərəfindən görmədiyi “kütləvi hərbi təhlükə” ilə üzləşib.

Lakin bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban “La Chaîne Info” nəşrinə müsahibəsində Rusiyanın NATO ölkələri üçün təhlükə olması fikri ilə razılaşmayıb. Onun fikrincə, bu hücumu həyata keçirmək üçün ruslar çox zəifdirlər.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   BND   Rusiya   NATO  



Xəbər lenti