Tələbə kreditindən yararlananların 62 faizi qızlardır
“Qızların ümumi rəsmiləşdirilmiş kreditlər üzrə 62 faiz paya sahib olması, eyni zamanda, sosial həssas qrupların təhsilə əlçatanlığının təmin edilməsi, dövlətin təhsildə əhatəlilik prinsipinə sadiqliyini bir daha nümayiş etdirir. Fondun vəsaitləri hesabına təhsil almış və geri ödənişi başlayan məzunların əksəriyyəti rəsmi müqavilə əsasında əmək fəaliyyətinə cəlb olunub.
Bu gün gənclərin təhsilə əlçatanlığı təmin olunur, işəgötürənlər isə kredit öhdəliyi olan gənclərə layiqli iş yerləri təklif edir və beləliklə, qarşılıqlı fayda doğuran əmək bazarı formalaşır. Sevindirici haldır ki, geri ödənişə başlayan 5379 məzunun 73 faizi rəsmi əmək fəaliyyəti ilə məşğuldur. Cari tarixə TTK almış və məzun olmuş ümumi tələbə sayı 9000-ə yaxındır. Geri ödəmə dövrü başlamayan məzunlar isə hazırda ilkin müqavilə şərtlərinə və Qaydaya uyğun olaraq güzəşt, onlardan bəziləri isə möhlət dövründədir”, – deyə Kənan Kərimzadə qeyd edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


