Paşinyan Qareginə qarşı kampaniyaya başlayır

   Paşinyan Qareginə qarşı kampaniyaya başlayır
  10 İyun 2025    Oxunub:1309
Ermənistanın Baş naziri Nikol Paşinyan erməni apostol kilsəsinin rəhbərinin yenidən seçilməsi məqsədilə koordinasiya qrupunun yaradıldığını diqqətə çatdırıb.
Paşinyan bu barədə özünün "Facebook" səhifəsində yazıb. O vurğulayıb ki, bu addım "Müqəddəs Eçmiədzin Patriarxlığının xilası" üçün atılır.

Ermənistanın Baş naziri koordinasiya qrupunun iştirakçıları üçün tələbləri də bildirib: seçiləsi şəxslər "azı bir dəfə Bibliyanı oxumalı, hər gün dua etməli, azı beş ildə bir dəfə oruc tutmalı və İsa Məsihə inanmalıdır".

"Bu tələblərə cavab verən 10 namizədi şəxsən seçəcəyəm. Namizədlər öz ərizələrini elektron poçtuma göndərə bilərlər", - Paşinyan yazıb.

Xatırladaq ki. Nikol Paşinyan dünən patriarx II Qaregini subaylıq andını pozub uşaq sahibi olmaqda təqsirləndirib. O bu iddiasını sübuta yetirəcəyini diqqətə çatdıraraq, Qaregindən erməni apostol kilsəsindəki ömürlük verilən postunu boşaltmasını istəyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   kilsə   kampaniya  



Xəbər lenti