Ermənistanın Müdafiə Nazirliyi Bakını günahlandırır - HƏYASIZLIQ

Ermənistanın Müdafiə Nazirliyi Bakını günahlandırır - HƏYASIZLIQ
  02 Avqust 2014    Oxunub:17825
Dünən axşam Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyan xarici dövlətlərin ölkədə akkreditasiya olunmuş hərbi attaşelərini qəbul edib. O, son günlərdə cəbhə xəttində gərginliyin kəskin artdığını bildirib.

AzVision.az xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Tonoyan Azərbaycan tərəfdən kəşfiyyat-diversiya və snayper fəallığının artdığını bildirib. Əlavə edib ki, rəsmi Bakı vəziyyəti gərginləşdirməyə çalışır.

Daha sonra Tonoyan hərbi attaşelərə müraciət edib ki, gərginliyi azaltmaq, Azərbaycanı təxribatlardan çəkindirmək üçün əllərində olan imkanlardan istifadə etsinlər.

Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti