Ukraynalılar Rusiyaya güzəştə qarşı çıxırlar
Söhbət ayrı-ayrı ərazilərin Rusiyanın tərkibində rəsmən tanınmasından gedirsə, o zaman ukraynalıların əksəriyyəti (68%) buna qarşı olacaq. 24% isə bunu qəbul etməyə hazırdır. Həmçinin respondentlərin mütləq əksəriyyəti – 78%-i Ukraynanın nəzarətində olan ərazilərin Rusiyaya verilməsini rədd edir. 15% isə bunun əleyhinə deyil.
“Beləliklə, ictimai rəy nöqteyi-nəzərindən, Ukrayna ərazilərinin Rusiyanın bir hissəsi kimi rəsmən tanınması və ya işğal olunmamış bəzi ərazilərin Moskvanın nəzarətinə verilməsini nəzərdə tutan istənilən variant rədd ediləcək. Bununla belə, sağlam çeviklik sərgiləyən ukraynalılar hətta ərazi nəzarəti kontekstində belə, de-yure tanınmadan Rusiyanın de-fakto nəzarətinin tanınmasının kompromis variantını müzakirə etməyə hazırdırlar”, - KBSİ-nin hesabatında vurğulanır.
KBSİ-nin sorğusu 2025-ci il mayın 15-dən iyunun 3-dək aparılıb. Sorğu Ukrayna hökumətinin nəzarətində olan bütün regionlarda mobil telefon nömrələrinin təsadüfi seçilməsi əsasında telefon müsahibələrindən istifadə yolu ilə 18 yaşdan yuxarı 2004 respondenti əhatə edib.
Qurumun başqa bir sorğusunun nəticələrinə görə, bu gün ukraynalıların 60%-i müharibəyə “zəruri olduğu qədər” dözməyə hazır olduqlarını bildirib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


