Britaniya iki israilli nazirə qarşı sanksiya tətbiq edəcək
Nəşrin yazdığına görə, Britaniya hökuməti bu şəxslərin aktivlərini dondurmağı və ölkəyə girişini qadağan etməyi planlaşdırır.
Sanksiyalar çərçivəsində Böyük Britaniya ərazisində fəaliyyət göstərən maliyyə institutlarına adıçəkilən nazirlərlə hər hansı maliyyə əməliyyatları aparmaq da qadağan olunacaq.
Qərarın əsas səbəbi kimi, hər iki nazirin Qəzza ilə bağlı verdiyi açıq və sərt bəyanatlar göstərilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


