“ABŞ prezidenti Donald Tramp və onun administrasiyası NATO müttəfiqlərinə Avropanın konvensional müdafiəsi üçün addım atmalı və əsas məsuliyyəti öz üzərlərinə götürməli olduqlarını bildiriblər və biz artıq bu sahədə irəliləyiş görürük. Bizim strategiyamız sağlam düşüncəyə əsaslanır: NATO müttəfiqlərimiz Rusiyanı cilovlamaq üçün iqtisadi gücə malikdirlər. Bizim resurslarımız isə getdikcə daha da dartılır”, - Pentaqonun rəhbəri deyib.
|
| ABŞ Ukraynaya vəd etdiyi raket komponentlərini göndərməyəcək - VİDEO |
- Söhbət təkcə “yol yoldaşları” olmaqdan yorulan amerikalı vergi ödəyicilərinə münasibətdə ədaləti təmin etməkdən yox, hətta ABŞ-nin diqqətini vətənimizi müdafiə etməyə və Çinin qarşısını almağa yönəltdiyimiz halda belə, NATO-nun güclü və möhkəm ittifaq olaraq qalmasının təmin olunmasından gedir. Beləliklə, biz gələcək nəsillər üçün güc yolu ilə Avropada sülhü bərpa edə və qoruya bilərik”, - Pit Heqset Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin iclasında çıxışı zamanı vurğulayıb.
Yeri gəlmişkən, Pentaqon rəhbəri hələ aprelin sonunda xəbərdarlıq etmişdi ki, ABŞ artıq Avropanın təhlükəsizliyinin qarantı ola bilməz.
Xatırladaq ki, bundan əvvəl Pit Heqset Ukrayna üzrə “Ramştayn” təmas qrupunun iclasına hətta video-konfrnas şəklində belə qatılmayıb. Həmçinin ABŞ-nin Ukrayna üçün nəzərdə tutulan partlayıcıların bir hissəsini öz qoşunlarına yönləndirdiyi məlum olub.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


