Avstriyada üçgünlük matəm elan olunub

 Avstriyada üçgünlük matəm elan olunub
  11 İyun 2025    Oxunub:1089
Avstriyanın Qrats şəhərində baş vermiş terror hadisəsindən sonra ölkədə dövlət səviyyəsində üçgünlük matəm elan olunub.
Xəbər verdiyimiz kimi Avstriyada iyunun 11-də yerli vaxtla saat 10:00-da kollecdə silahlı hücum baş verib. İlkin məlumatlara görə , silahlı şəxs həmin təhsil müəssisəsinin keçmiş məzunu olub.Hücum zamanı 10 nəfər həyatını itirdiyi , 30 nəfərin yaralı olduğu bildirilib.

Silahlı hücumun qurbanları bütün ölkədə bir dəqiqəlik sükutla yad ediləcək, üçgünlük matəm müddətində dövlət bayrağı yarıyadək endiriləcək. Matəm günləri ilə əlaqədar Nazirlər Kabinetinin təcili iclasında müvafiq qərar qəbul edilib.

Baş vermiş hadisə ilə bağlı ölkə əhalisi və siyasi partiyalar həmrəylik nümayiş etdirirlər. Dünyanın müxtəlif ölkələrindən başsağlığı və təsəlli mesajları verilir. Avstriyanın parlamentdə təmsil olunan üç siyasi partiyası yaxın günlərdə keçirilməli olan qurultaylarını təxirə salıb, eləcə də bir sıra rəsmi görüşlər, mədəni tədbirlər və konsertlər ləğv edilib.

Cinayətkar şəxsin hadisəni törətmək üçün motivləri ilə bağlı diskussiyalar davam edir. Daxili İşlər Nazirliyində İctimai asayiş üzrə baş direktor Frans Ruf 21 yaşlı terrorçunun vida məktubunun tapıldığını təsdiqləsə də, həmin mətndə cinayətin motivinə dair heç bir məqam olmadığını da ifadə edib.

AzVision.az





Teqlər:



Xəbər lenti