Hindistan İrəvana 40 min tələbə göndərmək istəyir

   Hindistan İrəvana 40 min tələbə göndərmək istəyir
  11 İyun 2025    Oxunub:957
"Hindistan bildirib ki, təqribən 40 min tələbəni tədris üçün Ermənistana göndərməyə hazırdır".
Bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan ölkənin Tətbiqi Siyasət Tədqiqat İnstitutunda keçirilən forumda çıxışı əsnasında dilə gətirib. O diqqətə çatdırıb ki, bu təklifi Hindistan parlamentinin yuxarı palatasının sədri Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə müzakirədə irəli sürüb.

"Düzünü desəm, belə bir təklifi gözləmirdim. Bu sayda tələbənin qəbulundan ötrü infrastrukturumuz yoxdur. Hindistanla əməkdaşlıq aparmaq məqsədilə lazımi şərait yaratmalıyıq", - o deyib.

Vitse-spikerin sözlərinə görə, Ermənistanda təhsil potensialının artırılması üçün "Akademik Şəhərin" yaradılması mühüm addımdır.

"Hindistanlı tələbələr məhz ölkəmizdə təhsil almağa həvəs göstərirlər. Hazırda Ermənistanda 3 minə yaxın hindistanlı tələbə var. Müvafiq imkanlar yaradılarsa, bu sayın 30, hətta 60 minədək artırılması mümkündür. "Akademik Şəhər" layihəsi həyata keçiriləndə bu imkanlar üzə çıxacaq", - Arşakyan vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Hindistan   tələbə   qəbul   layihə  



Xəbər lenti