Lindsi Qrem İranı hədələyib | VİDEO

   Lindsi Qrem İranı hədələyib    | VİDEO
  13 İyun 2025    Oxunub:675
Respublikaçı senator Lindsi Qrem İran Yaxın Şərqdəki Amerika hərbi bazalarına hücum həyata keçirəcəyi halda, ABŞ-nin Tehranın bütün neft infrastrukturunu məhv etməli olması barədə xəbərdarlıq ünvanlayıb.
AzVision.az xəbər verir ki, Lindsi Qrem “X” sosial şəbəkəsində yerləşdirdiyi paylaşımda insanların İranın İsrailin zərbələrinə görə ABŞ qoşunlarına, yoxsa onların Yaxın Şərqdəki hərbi bazalarına hücum edə bilməsi ilə maraqlandığını yazıb.

“Mənim cavabım belədir: əgər bu baş verərsə, Amerika dağıdıcı güclə cavabla İranın bütün neftayırma zavodlarını və neft infrastrukturunu məhv etməli, Ayətullahı və onun yaxınlarını neft biznesindən qovmalıdır”, - amerikalı senator vurğulayıb.

Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib | VİDEO
Bundan əvvəl isə, Nyu-Yorkun meri Erik Adams şəhərdə İsraillə əlaqəli obyektlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi yönündə addımlar atıldığını bildirib.

Xatırladaq ki, bu gecə İsrail İrana qarşı “Am Kelavi” (“Aslan kimi millət”) kod adlı hərbi əməliyyata başlayıb. İsrailin Hərbi Hava qüvvələrinə məxsus təyyarələri Tehran da daxil olmaqla İranda bir sıra hədəflərə hücum edib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Qrem   İran   hədə  



Xəbər lenti