Poroşenko Krımın qiymətini açıqladı

Poroşenko Krımın qiymətini açıqladı
  02 Avqust 2014    Oxunub:4261
Ukrayna Krımdan imtina etməyəcək, lakin yarımadada fəaliyyət göstərən şirkətlərin müsadirəsinə görə, kompensasiya tələb edəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna telekanallarına müsahibəsində bildirib.

Poroşenko vurğulayıb ki, Krım məsələsi onun üçün iki hissədən ibarətdir: “Birincisi, Krım satılmır və Krıma görə məsuliyyəti heç bir pulla əvəzləmək olmaz. Ukrayna torpağı, Ukrayna, Ukrayna əraziləri satılmır”.

Poroşenkonun sözlərinə görə, məsələnin ikinci hissəsi Krımda əmlakı müsadirə olan şəxslərə dəyən ziyanın ödənilməsidir.

Prezident bunun üçün əmlak sahiblərini beynəlxalq məhkəmə instansiyalarına müraciət etməyə çağırıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti