ABŞ-dan cəbhədəki gərginliyə münasibət - VİDEO

ABŞ-dan cəbhədəki gərginliyə münasibət - VİDEO
  02 Avqust 2014    Oxunub:5089
ABŞ Dövlət Departamenti şəhidlərin ailəsinə baş sağlığı verib.

Birləşmiş Ştatlar Ermənistanı və Azərbaycanı atəşkəs rejiminə əməl etməyə və təmas xəttində itki ilə nəticələnən qarşıdurmalardan çəkinməyə çağırıb. ABŞ-ın bu bəyanatını Dövlət Departamentini rəsmisi Mari Harf səsləndirib.

“ABŞ iyulun 31-də təmas xəttində itkilərin əhəmiyyətli dərəcədə artmasına səbəb olan zorakılığın kəskinləşməsindən narahatdır. Biz həlak olanların ailələrinə başsağlığı verir, yaralııarın yaxınlarına səbr diləyirik və hər iki tərəfi gərginliyi azaldılması üçün təcili tədbirlər görməyə, eləcə də atəşkəsə riayət etməyə çağırırıq. Münaqişənin hərb yolu ilə həlli mövcud deyil. Cavab zərbəsi və ya zorakılığın davamı, münaqişənin sülh yolu ilə həllini çətinləşdirəcək” - deyə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

Harfın sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycan prezidentlərini ilk fürsətdə görüşməyə və həlledici məsələlər ətrafında dialoqu davam etdirməyə çağırıb. “Biz həmçinin tərəfləri ATƏT-in fəaliyyətdə olan sədrinin sülh razılaşmasının əldə edilməsinə yardımçı ola biləcək danışıqlar prosesinə başlanılmasına dair təklifini qəbul etməyə çağırırıq” – deyə Mari Harf ölkəsinin Minsk Qrupu çərçivəsində fəaliyyətini davam etdirəcəyini və münaqişənin həlli üçün göstərilən səylərə qoşulmağa hazır olduğunu bildirib.



Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti