Ərdoğan: "İsrailin İrana hücumu region üçün ciddi riskdir"

Ərdoğan:  "İsrailin İrana hücumu region üçün ciddi riskdir"
  15 İyun 2025    Oxunub:1167
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hücumu ilə başlayan gərginliyin regionun təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib.

Ərdoğan bu fikri Oman sultanı Heysem bin Tarık bin Teymur Əl Said ilə telefon danışığı zamanı səsləndirib.

Türkiyə lideri hücumların nüvə sazişi üzrə danışıqların altıncı raundu ərəfəsində baş verməsinə diqqət çəkib və nüvə mübahisəsinin yeganə həll yolunun diplomatik danışıqlar olduğunu qeyd edib.

Türkiyə Prezidenti əlavə edib ki, baş verən son hadisələr beynəlxalq ictimaiyyətin diqqətini Qəzza zolağında davam edən humanitar böhrandan yayındırmamalıdır.

AzVision.az


Teqlər:



Xəbər lenti