Obamadan etiraf: “İnsanlara işgəncə vermişik”

Obamadan etiraf: “İnsanlara işgəncə vermişik”
  02 Avqust 2014    Oxunub:2405
ABŞ prezidenti Barak Obama Mərkəzi Kəşfiyyat İdarəsində (CİA) saxlanılanlara işgəncə verildiyini etiraf edib.
AzVision.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, prezident Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib ki, 2001-ci il sentyabrın 11-də baş verən terror hadisəsində tutulanlara işgəncə verilib:

“Ağ Ev saxlanılanların dindirilməsi metodları ilə bağlı ABŞ Konqresinə hesabat verib. Terror aktından sonra bir çox şey düzgün edilib. Amma təəssüf ki, bəzi insanlara işgəncə vermişik. İşgəncə kimi qəbul edilən dindirilmə metodlarından istifadə etdiyimiz başa düşülməli və qəbul edilməlidir. Ölkə olaraq bunun məsuliyyətini öz üzərimizə götürməliyik. Ümid edirəm ki, gələcəkdə bunlar təkrarlanmayacaq”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti