Psixoloqlar müsahibəyə cəlb olunacaq

 Psixoloqlar müsahibəyə cəlb olunacaq
  18 İyun 2025    Oxunub:626
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində ixtisas üzrə minimum 38 bal, İKT üzrə minimum 6 bal, məntiq üzrə isə minimum 10 bal toplayan namizədlər müsahibəyə cəlb olunacaqlar.
Bu barədə AzVision.az-a İdarədən məlumat verilib. Müsahibənin vaxtı və məkan haqqında məlumat öncədən SMS vasitəsilə namizədlərə göndəriləcək.

Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər.

AzVision.az



Teqlər: ABŞ   İsrail   GBU-57  



Xəbər lenti