
Cari ilin fevralında isə İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri çərçivəsində Prezident Donald Trampla görüşüb, ona İranın nüvə proqramının cari vəziyyəti və nüvə obyektlərinə qarşı planlaşdırılan hava əməliyyatı ilə əlaqədar məlumat verib. Həmin görüşdə Donald Tramp Vaşinqtonun İsrailə birbaşa hərbi dəstək yox, kəşfiyyat dəstəyi verəcəyini diqqətə çatdırıb. Hərçənd bu dəstəyin hansı çərçivədə, hansı dərəcədə həyata keçirildiyi ictimaiyyətə hələlik açıqlanmayıb.
|
| WSJ: "Tramp hələ qərarsızdır" |
Sonrakı mərhələdə isə Donald Tramp sözügedən əməliyyata ABŞ Ordusunun da girə biləcəyini vurğulayıb. Düzdür, o bu məsələdə hələ yekun qərara gəlməsə də, mövqeyi göstərir ki, İranın nüvə proqramının məhdudlaşdırılması üzrə diplomatik danışıqlardan əl üzüb.
Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


