Misir XİN: "Avropanı İranla dialoqa çağırırıq"

      Misir XİN:    "Avropanı İranla dialoqa çağırırıq"
  19 İyun 2025    Oxunub:908
Misirin xarici işlər naziri Bədr Əbdülati ilə fransız həmkarı Jan-Noel Barro və Britaniyanın milli təhlükəsizlik müşaviri Conatan Pavel arasında telefon danışığı baş tutub.
Bu barədə Misirin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Tərəflər İsrailin İran ərazisindəki nüvə və raket obyektlərinə qarşı hərbi əməliyyatı barədə fikir mübadiləsi aparıblar.

Misirin baş diplomatı diqqətə çatdırıb ki, münaqişənin yayılmasının qarşısını almaq məqsədilə regional və beynəlxalq səylərin artırılması vacibdir.

"Eskalasiya meydana gələrsə, regionun təhlükəsizliyi və sabitliyi üçün son dərəcə təhlükəli nəticələr yaranacaq. Vəziyyətin gərginliyini azaltmaq, atəşkəs bağlayıb İranın nüvə proqramı ilə əlaqədar diplomatik danışıqlara yenidən başlamaq mütləqdir. Avropa İttifaqı bu çərçivədə öz öhdəliklərini yerinə yetirməlidir", - Əbdülati deyib.
Kats: "Qorxaq diktator cavab verəcək"

Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır. Hazırda ABŞ Ordusunun da İrana birbaşa müdaxiləsi ehtimalı da istisna deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Misir   İsrail   İran   münaqişə   reaksiya  



Xəbər lenti