"Qarabağ"dan növbəti transfer

"Qarabağ"dan növbəti transfer
  20 İyun 2025    Oxunub:513
"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

AzVision.az xəbər verir ki, Portuqaliyanın “Alverka” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Pedro Bikalyo heyətə cəlb olunub.

24 yaşlı braziliyalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.

Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.

AzVision.az



Teqlər:



Xəbər lenti