Ermənistanda siyasi “təmizləmə” - Paşinyan satqınlardan arınmağı tapşırdı

Ermənistanda siyasi “təmizləmə” - Paşinyan satqınlardan arınmağı tapşırdı
  21 İyun 2025    Oxunub:1307
Paşinyan güc strukturunda təmizləmələr aparılması ilə bağlı göstəriş verib
Ermənistan baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru səlahiyyətlərini icra edən Andranik Simonyana güc strukturunda təmizləmələr aparmağı, "satqınları və hakimiyyətə düşmən elementləri aşkar etməyi" tapşırıb.

Bu barədə Ermənistan KİV-i mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Paşinyan "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanı həbs etmək əmrini yerinə yetirməkdən imtina edən MTX-nin direktoru Armen Abazyanı vəzifəsindən dərhal azad etsə də, güc strukturlarının fəaliyyətindən hələ də narazıdır.

Qeyd edək ki, Abazyan vəzifəsindən iyunun 18-də azad edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti