İlham Əliyev Sarkisyanla görüşəcək

İlham Əliyev Sarkisyanla görüşəcək
  03 Avqust 2014    Oxunub:5195
Ermənistanın baş naziri Ovik Abramyan avqustun 8-də və ya 9-da Rusiyanın Soçi şəhərində Ermənistan prezidenti Serj Sarqsyan və Azərbaycan prezidenti İlham Əliyev arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların aparılması üçün görüşün keçiriləcəyini bəyan edib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “İnterfaks” məlumat yayıb.

“Prezidentlərin görüşü avqustun 8-i və ya 9-da Soçidə baş tutacaq. Ümid edirik ki, görüşdə çox əhəmiyyətli razılaşma əldə olunacaq”, deyə Abramyan qeyd edib.


Teqlər:  





Xəbər lenti