“İsrailin Hərbi Hava qüvvələri (HHQ) hazırda İranın Kirmanşah şəhərində hərbi infrastruktura zərbələr endirir”, - xəbərdə deyilir.
Daha əvvəl ÇAXAL İsrail aviasiyasının paytaxt Tehranda və İranın qərbində yerləşən hərbi obyektlərə 30 hərbi sursat atdığını bildirmişdi.
|
| ABŞ İrana zərbələr endirib | VİDEO |
Xatırladaq ki, iyunun 22-nə keçən gecə Amerika lideri Donald Tramp ABŞ HHQ-nin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Əsas hədəf Fordodakı uranın zənginləşdirilməsi zavodu olub. Onun sentrifuq zalı yüz metrlik qayalıq və dəmir-beton təbəqə ilə örtülmüşdür ki, bu da obyekti faktiki olaraq bombardmanlara qarşı toxunulmaz edirdi.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


