“Ən çox ehtimal olunan cavab variantları arasında regionda Amerika hərbçilərinə hücumlar və ya onun etibarlı tərəfdaşlarına qarşı Qərbdə, potensial olaraq ABŞ-də terror hücumları kimi asimmetrik əməliyyatlar var”, - qəzetin iddiasında deyilir.
“NYT” qeyd edir ki, münaqişənin indiki mərhələsində İranın ali lideri Ayətullah Əli Xamenei qisas almasa, o, “rejimin sərt xətt tərəfdarlarının rəğbətini itirə bilər”. Hətta cavabların verilməsinin vaxt çərçivəsi naməlum qalsa belə, İranın bu addımı atacağı ehtimal olunur.
Yeri gəlmişkən, Amerikanın “NBC” telekanalının jurnalisti Piter Aleksandrın iddiasına görə, ABŞ prezidenti Donald Trampın iyunun 15-17-də Kanadada keçirilən G7 sammiti zamanı aldığı həyəcanlı mesajda, ABŞ-nin İranı bombalayacağı halında, Amerikada “yatmış hücrələrin” aktivləşə biləcəyi barədə xəbərdarlıq olub.
|
| Netanyahunun Trampdan xahişi I VIDEO |
Lakin ABŞ-nin zərbələrinin İranın nüvə obyektlərinə ciddi ziyan vurmadığını açıqlayan Tehran Vaşinqtonun hücumuna cavab hazırladığını vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


