İran Avropa vətəndaşını həbs edib

İran Avropa vətəndaşını həbs edib
  24 İyun 2025    Oxunub:532
İslam İnqilabı Keşikçiləri Korpusu Avropa ölkələrindən birinin vətəndaşını İsrailə işləməkdə şübhəli bilərək saxlayıb.
AzVision.az xəbər verir ki, şübhəli şəxs Hörmüzqan vilayətində İslam Respublikasının hərbi obyektləri haqqında məlumat toplayarkən saxlanılıb. Məlumatda bildirilib ki, Hörmüzqan vilayətinə səfər edən şəxs Hörmüzqan vilayətində SEPAH kəşfiyyat təşkilatının mühafizəçiləri tərəfindən həbs edilib.

Saxlanılan şəxsin hansı ölkənin vətəndaşı olduğu açıqlanmır.

AzVision.az



Teqlər:



Xəbər lenti