İranda 700 nəfər həbs olunub

   İranda 700 nəfər həbs olunub
  25 İyun 2025    Oxunub:1218
İsrail Hərbi Hava Qüvvələrinin İran ərazisindəki nüvə və raket obyektlərinə hücumu ilə başlayan 12 günlük müharibə fonunda Tehran İsraillə əlaqədə təqsirli bilinən ümumilikdə 700 nəfəri həbs edib.
Bu barədə İranın "Nournews" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, bir neçə nəfər isə İsrailin xarici kəşfiyyat xidməti "Mossad"ın lehinə işləməkdə günahlandırılaraq edam olunub.

İki ölkə arasında dünən qüvvəyə minən atəşkəsin ardınca Tehran daha üç nəfəri İsrailə casusluq ittihamı ilə asıb. Vurğulanır ki, onlar İranda sui-qəsdlər həyata keçirmək məqsədilə ölkəyə müəyyən avadanlıqlar gətirməyə cəhd göstəriblər

Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarıb, İran isə əsasən İsraildəki yaşayış məntəqələrinə raket buraxıb. ABŞ-nin, şəxsən Prezident Donald Trampın müdaxiləsi nəticəsində tərəflər arasında dünən atəşkəs qüvvəyə minib. 12 günlük müharibə ərzində hər iki ölkədə çoxsaylı mülki insan itkisi baş verib, o cümlədən İranın bir sıra ali hökumət və ordu nümayəndələri həyatını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   İsrail   müharibə   həbs   edam  



Xəbər lenti