İngiltərə milli komandası Avropa çempionatının finalına yüksəlib

İngiltərə milli komandası Avropa çempionatının finalına yüksəlib
  25 İyun 2025    Oxunub:1613
Futbol üzrə İngiltərə milli komandası gənclər arasında Avropa çempionatında Niderlanda qalib gələrək finala yüksəlib.
AzVision.az xəbər verir ki, Bratislavadakı "Tehelne Pole" stadionunda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb. "Liverpul"un yarımmüdafiəçisi Harvi Elliott İngiltərə yığmasının heyətində iki dəfə fərqlənib. Niderlandın yeganə qolunu 72-ci dəqiqədə Utrextdən olan hücumçu Noa Ohayo vurub.


AzVision.az



Teqlər:



Xəbər lenti