ABŞ hökuməti Meksika ilə sərhəddə hərbi bufer zonası yaratmağı düşünür

ABŞ hökuməti Meksika ilə sərhəddə hərbi bufer zonası yaratmağı düşünür
  26 İyun 2025    Oxunub:1490
Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
AzVision.az xəbər verir ki, bu barədə ABC telekanalı ölkənin Hərbi Hava Qüvvələrinin bəyanatına istinadən bildirib.

"ABŞ Müdafiə Nazirliyi ABŞ-nin Meksika ilə cənub-qərb sərhədi boyunca daha iki hərbi bufer zonası yaradır", - telekanalın materialında deyilir.

Bufer zonalarında işləyən hərbçilər hüquq-mühafizə funksiyalarını yerinə yetirmirlər, lakin pozucuları ABŞ Gömrük və Sərhəd Xidməti (CBP) əməkdaşlarına təhvil verilənə qədər müvəqqəti saxlaya bilərlər.

Beləliklə, ABŞ hərbçilərinin sərhədi pozan qanunsuz miqrantları müvəqqəti saxlaya biləcəyi milli müdafiə zonaları adlanan ərazilərin sayı dördə çatır.

AzVision.az



Teqlər:



Xəbər lenti