Makron Fransanın dövlət borcunu cilovlaya bilmir

   Makron Fransanın dövlət borcunu cilovlaya bilmir
  27 İyun 2025    Oxunub:1338
Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) məlumata görə, Fransanın dövlət borcu 2025-ci ilin birinci rübünün sonunda 3 trilyon 345,8 milyard avroya və ya ümumi daxili məhsulun (ÜDM) 114 faizə çatıb. Beləliklə, borcun məbləği ötən ilin sonu ilə müqayisədə 40,5 milyard avro artıb.
AzVision.az xəbər verir ki, dövlət borcunun yeni artımı, 2026-cı il üçün büdcə gəlirləri axtaran Bayru hökumətinin sosial tərəfdaşlar arasında pensiya danışıqlarının uğursuz nəticəsindən sonra solçuların tənqid təhlükəsi ilə üzləşdiyi və dövlət maliyyəsinin daha da ağırlaşdıra biləcək qeyri-müəyyənliklərin müzakirəsi üçün xəbərdarlıq komitəsini çağırdığı bir vaxta təsadüf edir.

Xatırladaq ki, Fransanın dövlət borcu Avrozonada Yunanıstan və İtaliyadan sonra üçüncü yeri tutur. INSEE vurğulayır ki, maliyyə, səhiyyə və inflyasiya böhranlarından qaynaqlanan bu böyük məbləğ 1995-ci ilin sonunda ÜDM-in yalnız 57,8 faizini təşkil edirdi.

2025-ci ilin birinci rübündə hökumətin dövlət borcuna töhfəsi əvvəlki rübdə 3,7 milyard avro azaldıqdan sonra 36,7 milyard avro artıb. Fransanın dövlət kəsiri isə ötən il Avrozonada ən pis göstərici olub.

AzVision.az


Teqlər: Fransa   borc  



Xəbər lenti