Rusiyada hava limanında iki təyyarə toqquşub

Rusiyada hava limanında iki təyyarə toqquşub
  27 İyun 2025    Oxunub:592
Rusiyanın Soçi hava limanında iki təyyarə toqquşub.
AzVision.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Cənub Nəqliyyat Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, Tümenə uçmalı olan təyyarə uçuş-eniş zolağına doğru hərəkət edərkən Norilskdən gələn təyyarə ilə toqquşub.

İdarənin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti