Mahir Emreli debüt matçında qol vurdu

Mahir Emreli debüt matçında qol vurdu
  28 İyun 2025    Oxunub:741
Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni klubu “Kayzerslauter”in (Almaniya) heyətində ilk matçına çıxıb.
AzVision.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Lüksemburqun “Saar” klubuna qarşı yoxlama oyununda əsas heyətdə yer alıb.

O, 43-cü dəqiqədə komandasının 5-ci qolunu vurub.

Matçın yekun nəticəsi isə 19:0 hesabı ilə “Kayzerslauter”in xeyrinə başa çatıb.

Qeyd edək ki, bu, “Kayzerslautern”in 2025/26 mövsümünə hazırlıq çərçivəsində ilk oyunu olub.

AzVision.az



Teqlər:



Xəbər lenti