Ermənistan ordusunda ölənlərin sayı artır
“Bədbəxtlikdən ikinci diversiya zamanı yaralanan, 1994-cü il təvəllüdlü Sərkis Barmenoviç Movsisyan hospitalda keçinib” - deyə Ovanisyan bildirib.
Bununla da erməni tərəfinin rəsmən açıqlanan itkilərinin sayı 5-ə çatıb. Düşmən tərəf bu günə qədər cəmi iki əsgər və bir zabitlərinin öldürüldüyünü iddia edirdi.
Lakin bu gün ölümündən sonra mükafata təqdim olunan erməni hərbçilərinin adları arasında leytenant Qor Babkenoviç Qriqoryanın adına da rast gəlinib. Hansı ki, leytenant Qriqoryanın məhv edildiyi barədə erməni rəsmi qaynaqları bu günə qədər heç bir informasiya yaymamışdılar.
Azərbaycan ordusundakı qaynaqlar düşmən qüvvələrinin avqustun 1-dən 2-nə keçən gecə Tərtərin Seysulan kəndi istiqamətində gedən döyüşlərdə ağır itkilər verdiyini, düşmən ordusunun bir neçə nəqliyyat vasitəsinin və xüsusi təyinatlıların cəmləşdiyi düşərgənin məhv edildiyini bildirir.
Təəssüf ki, düşmən itkilərini əks etdirən kadrlara çıxış imkanları yoxdur. Hərçənd ki, hərbi qaynaqlar pilotsuz kəşfiyyat təyyarələrinin döyüş meydanında baş verənləri qeydə aldığını bildirir.(virtualaz.org)