İranda ölənlərin sayı açıqlanıb

   İranda ölənlərin sayı açıqlanıb
  30 İyun 2025    Oxunub:999
12 günlük İsrail-İran müharibəsi dövründə İranda 935 nəfər həyatını itirib.
Bu barədə İranın ədliyyə sözçüsü Əsgər Cahangir mətbuata məhkəmə-tibb ekspertizasının son məlumat larına istinadən məlumat verib. O diqqətə çatdırıb ki, ölənlərdən 38-i uşaq, 132-si isə qadındır.
İrandan "qəti" addımlar: Trampın fətvası verildi

Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarıb, İran isə əsasən İsraildəki yaşayış məntəqələrinə raket buraxıb. ABŞ-nin, şəxsən Prezident Donald Trampın müdaxiləsi nəticəsində tərəflər arasında atəşkəs qüvvəyə minib. 12 günlük müharibə ərzində hər iki ölkədə çoxsaylı mülki insan itkisi baş verib, o cümlədən İranın bir sıra ali hökumət və ordu nümayəndələri həyatını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   İsrail   müharibə   itki  



Xəbər lenti