Eştondan Azərbaycan və Ermənistana çağırış

Eştondan Azərbaycan və Ermənistana çağırış
  04 Avqust 2014    Oxunub:5445
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton cəbhə xəttində baş verən son olaylara münasibət bildirib.

AzVision.az xəbər verir ki, K.Eşton son günlər Ermənistan və Azərbaycan arasında yaranan gərgin vəziyyətdən narahat olduğunu bildirərək tərəfləri atəşkəs rejimini pozmamağa çağırıb.

Eşton açıqlamasında “Tərəflər dərhal atəşkəs rejiminə riayət etməli, güc tətbiqindən və təhdiddən qaçmalıdırlar. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərimizi davam etdirəcəyik”-deyə qeyd edib.

K.Eşton ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həllinə dair səylərinə dəstək verəcəklərini diqqətə çatdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti