Kərkükdə hava limanı vurulub

   Kərkükdə hava limanı vurulub
  01 İyul 2025    Oxunub:1019
İraqın şimalındakı Kərkük Beynəlxalq Hava Limanının hərbi hissəsi gecə saatlarında iki raket zərbəsi ilə vurulub.
Bu barədə İraqın adı çəkilməyən ali təhlükəsizlik nümayəndəsi ölkənin dövlət xəbər agentliyinə (INA) məlumat verib. O diqqətə çatdırıb ki, zərbə nəticəsində hava limanının iki əməkdaşı xəsarət alıb.

Eyni zamanda, Kərkük şəhərinin Uruba məhəlləsindəki evlərdən birinə də raket zərbəsi tuşlanıb; ev qismən yararsız vəziyyətə gəlib.

Hücumlara görə məsuliyyəti hələlik hər hansı tərəf öz üzərinə götürməyib. Bildirilib ki, həm hava limanına, həm də evə atılan raket "Katyuşa" raketləridir. Məlumata görə, daha bir raket isə hədəfinə partlamadan düşüb.

Kərkük Hava Limanının hərbi hissəsində İraq Ordusunun, federal polisin, həmçinin iranyönümlü "Həşdi-Şabi" qruplaşmasının yerləşdiyi vurğulanır. Hücumun məhz sözügedən qruplaşmaya zərbə vurmaq məqsədi daşıdığı istisna deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər: İraq   hava-limanı   hücum  



Xəbər lenti