Gürcüstan cəbhədəki vəziyyətdən narahatdır

Gürcüstan cəbhədəki vəziyyətdən narahatdır
  04 Avqust 2014    Oxunub:2668
Gürcüstan son günlərdə Azərbaycan və Ermənistan arasında yaranmış münaqişənin təcili son qoyulmasına ümid edir.
Bunu bazar günü Gürcüstanın xarici işlər naziri Mayya Pandcikidze jurnalistlərə açıqlamaslnda bildirib.

Onun sözlərinə görə, sivil dünyaya daha bir donu açılmış münaqişə lazımlı deyil.

"Biz böyük narahatçılıqla Azərbaycan və Ermənistan arasında baş verənləri izləyirik. Mən tamamilə əminəm ki, nə bizim regionumuza, nə bütün dünyaya, gərginliyin daha bir mərkəzi, daha bir donu açılmış münaqişə lazım deyil, və buna görə mən əminəm ki, iki ölkənin liderləri ümumi dil tapacaqlar və münaqişəni sülh yoluna nizama sala biləcəklər, - Gürcüstanın XİN rəhbəri vurğulayıb.

Hər iki tərəfdən hərbçilərin həlak olması Pandcikidzenin xüsusi narahatçılığına səbəb olub və o ümid edir ki, ilk növbədə bu ölümlərə son qoyulacaq.

"Mən bildiyim qədər, artıq Azərbaycan və Ermənistan prezidentləri arasında görüş nəzərdə tutulub, və bu mənə ona ümid verir ki, münaqişə bitəcək", - Pancikidze bildirib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, iyulun 30-dan 31-nə keçən gecədən etibarən bu günədək Ermənistan Silahlı Qüvvələri ilə baş verən döyüşlərdə Azərbaycan Ordusunun 14 hərbi qulluqçusu şəhid olub.(Ans)


Teqlər:





Xəbər lenti