Ərəb mətbuatı cəbhədə baş verənlərdən yazdı

Ərəb mətbuatı cəbhədə baş verənlərdən yazdı
  04 Avqust 2014    Oxunub:1964
Ərəb dünyasının nüfuzlu qəzetləri, xəbər portalları Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etməsi və bu hücumlar nəticəsində hərbçilərimizin həlak olması ilə bağlı xəbərlər yayıblar.
İslam Əməkdaşlıq Təşkilatının orqanlarından biri olan Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) saytında hərbçilərimizin ölümü, Türkiyə XİN başçısının bu barədə başsağlığı verməsi, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin təmas xətti üzərində ardıcıl uçuşlar keçirməsi barədə silsilə xəbərlər yayıb.

Küveytin KUNA xəbər agentliyi də hərbçilərimizin həlak olması ilə bağlı yaydığı xəbərində hadisənin təcavüzkar Ermənistan ordusunun basqınının qarşısı alınarkən baş verdiyini qeyd edib.

Misirin “Muhit” xəbər portalı da cəbhə xəttində baş verən son hadisələri, atəşkəsin tez-tez pozulmasını və Azərbaycan Xarici İşlər Nazirliyinin hadisələrin bu məcraya yönəlməsində Ermənistanı ittiham etdiyi bəyanatını işıqlandırıb. Portal hazırladığı xəbərlərdə Dağlıq Qarabağ münaqişəsinin tarixinə və keçmiş SSRİ-nin süqutu ərəfəsində yenidən ortaya çıxmasının səbəblərinə aydınlıq gətirmiş, Ermənistanın ekspansionist siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faiznin işğal edildiyinə diqqəti cəlb etmişdir. Xəbərlərlə aşağıdakı linklərdən tanış olmaq mümkündür.(AzerTAc)


Teqlər:





Xəbər lenti