Elmi məlumatların məlumat bazası yaradılacaq
Yaradılacaq repozitoriyalarda nəşr olunan elmi jurnallar, dərc olunan elmi işlər, konfrans materialları, kitablar, müxtəlif layihələr haqqında məlumatlar, eləcə də müəlliflərə dair məlumatlar toplanacaq.
Sözügedən resurslar məzmun təkrarçılığının və intellektual hüquqların pozulmasının qarşısını almağa, gənc tədqiqatçılar üçün ilk platforma rolunu oynamağa və yerli müəlliflərin elmi nəticələrinin görünürlüyünü artırmağa xidmət edəcək.
Layihənin sonunda bu məlumat bazaları Elm və Təhsil Nazirliyinin nəzdində qurulacaq mərkəzi platformaya inteqrasiya ediləcək və qlobal axtarış sistemlərində əlçatan olacaq.
AzVision.az
Teqlər: EATDA







Vaxtında, Aydın, Lazımlı!


