ABŞ-dan İsrailə sərt təpgi

ABŞ-dan İsrailə sərt təpgi
  04 Avqust 2014    Oxunub:1573
ABŞ höküməti İsrail ordusunun fələstinli qaçqınların sığındığı Qəzzadakı Birləşmiş Millətlər Təşkilatının Fələstinli Mühacirlərə Yardım Təşkilatının (UNRWA) məktəbinə təşkil etdiyi hücumdan utanc duyur.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ Xarici İşlər Nazirliyinin spikeri Jen Psaki bildirib.

Onun sözlərinə görə, o cümlədən hadisə nəticəsində 10 fələstinlinin faciəvi şəkildə dünyasını dəyişməsi ABŞ hökümətini dəhşətə gətirib: “israil öz standartlarını müəyyən etməli və vətəndaş itkilərindən uzaq durmaq üçün daha müvafiq işlər görməlidir. Çoxsaylı insanın günahsız şəkildə öldürülməsi heç bir halda İsrail hökümətini haqlı çıxara bilməz. Ümumiyyətlə, ABŞ höküməti bu qənaətdədir ki, vətəndaş itkilərinin aradan qaldırılması üçün bütün tərəflər müvafiq tədbirlər görməlidir. Vətəndaş nüfuzu qorunmalı və beynəlxalq humanitar hüquq çərçivəsində addımlar atılmalıdır”.

Qeyd edək ki, İsrail ordusunun 24 iyulda UNRWA-nın başqa bir məktəbinə təşkil etdiyi hücumda 15 nəfər dünyasını dəyişib, təxminən 200 adam yaralanıb.

Hücumların başladığı 7 iyuldan bu yana İsrailin hava, quru və dənizdən davam etdirdiyi bombardmanda 252-si uşaq, 94-ü qadın və 50-si yaşlı olmaqla 1261 nəfər dünyasını dəyişib. Həmçinin 1980-i uşaq, 1175-i qadın və 259-u yaşlı olmaqla 7130 nəfər yaralanıb.

Mirvari Nəcəf


Teqlər:





Xəbər lenti